Saturday, June 26, 2010

Son tənəffüs


  Uzun müddətdir blogda yazmıram, ümumiyətlə blogda yazmaqla aram yoxdur, lakin dönüb keçmişə baxanda həyatımda bəzi anları, hadisələri, fikirlərimi yazmadığıma peşmanam, bu səbəblə biraz zoraki da olsa yazmağa qərar verdim. İlk təhsilimi rusca başladığım üçün  Azərbaycan dili qramatikası ilə orta məktəbdə də ulduzum barışmadı, sonra xaricdə təhsil almaya dəvam edincə bu yaralı qanadımı  mualicə etməyə fürsət  tapabilmədim, biraz bu səbəblə blog yazmaqdan uzaq durdum. Yazaraq inkişaf etdirəcəyimi düşünürəm.
   Son 1 ilim yoğun tempoda keçdi, interna, ixtisas imtahanına hazırlıq, bu yükün stresi, ixtisas seçimində qərarsızlıq ve s. İxtisas imtahanı ərəfəsində ağlıma bir çox fikirlər gəldi; yeni lahiyələr, köhnə saytların yenilənməsi, oxunası kitabların siyahısı , ziyarət ediləcək dostların adları, görüləsi yerlər, yeyiləsi yeməklər... Hamısını imtahandan sonrasına təxirə saldım. İmtahan sonrası, sanki motor ilə işləyən cihaz kimi, hamısı söndü, fikirlər güc itirdi, həvəsim qaçdı, tənbəllik iradəmi məğlub etdi, kitablar üst-üstə yığıldı, dostlar unuduldu.

   3 həftə sonra ixtisasımın təhsilinə başlayıram , boş vaxtlarımı mənalı doldurmaq istəyirəm, özümə yeni faydalı alacəhrələr(bu sözü yeni öyrəndim, azerdict.com'a təşəkkürlər, hobby demək imiş) tapmalıyam, ağlımda hələki həftədə 2 dəfə də olsa idman edib son 2 ildə aldığım kiloları əridmək var. Yenə vaxt olsa tibb ilə elaqəli yeni bir lahiyənin tutub tutmadığının nebzini ölçmək olacaq. Bundan əlavə ixtisasımla əlaqəli meqalə oxuyub, tercüme edib, onlayn qeydlər almağı planlayıram.
   Yəqin həyatımda bu 3 həftə mənim son tənəffüsümdür, bundan sonra ixtisas həyatı, ailə həyatı və daha ağır yüklər çiyinlərimə qonacaq.
  Qısaca, yeni səhifə açıram...

*photo by hjfklein

No comments: